Son xəbər

Keçmiş məhkum əmisi arvadını öldürdü

  • 8-11-2018, 17:38 
Keçmiş məhkum əmisi arvadını öldürdüBakıda əmisinin həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib.

İttihama görə, bu il iyulun 17-də, saat 08.00-da Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi ev 14-də qəsəbə sakini Mariya Qəhrəmanovanın meyiti aşkar olunub.

Məlum olub ki, həmin gün saat 06.00-da Mariya Qəhrəmanova ilə birgə yaşayan ərinin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov ilə aralarında münaqişə baş verib.

Münaqişə zəminində Rəsul Hüseynov Mariya Qəhrəmanovanın baş nahiyəsinə yumruqla vuraraq, onu qətlə yetirib.

İstintaq orqanı tərəfindən Rəsul Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.



Oxunub 1220
  • 8-11-2018, 17:38
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2940
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac