Son xəbər

Astarada Dünya şöhrətli idmançı Cəbrayıl Həsənov ilə tələbə gənclərin görüşü keçirildi.

  • 8-11-2018, 17:31 
Astarada Dünya şöhrətli idmançı Cəbrayıl Həsənov ilə tələbə gənclərin görüşü keçirildi.

06 noyabr 2018-ci il tarixdə Astara Pedaqoji Kollecində Astara rayon Gənclər və İdman İdarəsinin və Pedaqoji Kollecin təşkilatçılığı ilə Sərbəst güləş üzrə XXXI Yay Olimpiyadasının bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, 3 qat Avropa çempionu, Dünya çempionatının 2 qat gümüş və 3 qat bürünc medalçısı,

Avropa çempionatının 3 qat gümüş və 4 qat bürünc mükafatçısı, “Qızıl Qran Pri” Beynəlxalq turnirinin 5 qat qalibi, XXVII Ümumdünya Yay Unversiyadasının gümüş medalçısı, Beynəlxalq dərəcəli idman ustası, “Tərəqqi” medalına layiq görülmüş dünya şöhrətli Astaralı idmançı Cəbrayıl Həsənov ilə tələbə gənclərin görüşü keçirilmişdir.

Tədbiri Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov açıq elan etmişdir. O, Cəbrayıl Həsənova və Rayon Gənclər və İdman İdarəsinə belə görüşün təşkilinə görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Respublikamızın dünya ölkələri arasında tanınmasında idmançılarımızın qazandıqları uğurların böyük əhəmiyyəti vardır.

Sonra çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Cəbrayıl Həsənovun həyat və kariyerası barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

O qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət və qayğının nəticəsində bu gün idmançılarımız Dünya və Avropa yarışlarında yüksək nəticələr əldə edərək üç rəngli bayrağımızı qürürla dalğalandırırlar. Belə idmançlarımızdan biri də həmyerlimiz Cəbrayıl Həsənovdur. O, 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib.
1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada Beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib.

2003-2008-ci illərdə yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı,
eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib 2015 Avropa Oyunları bitdikdən sonra, iyunun 29-u prezident cənab İlham Əliyev,

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 1299 nömrəli sərəncamına əsasən Cəbrayıl Həsənovu "Bakı-2015" Avropa Oyunlarında qazandığı bürünc medala görə "Tərəqqi" medalı ilə təltif etdi. Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarında (avqust 2016-cı il,

Braziliyanın Rio-de-Janeyro şəhəri) qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikası Prezidentinin" fəxri diplomuna layiq görüldü. O, həmçinin Gənclər və İdman Nazirliyinin hər ilin sonunda təqdim etdiyi "İlin ən yaxşıları" nominasiyasında fəxri diplomla təltif olundu.

Bu yaxınlarda həmyerlimiz daha böyük bir nəticə əldə etmişdir. Belə ki, 18-25 oktyabr 2018-ci il tarixlərdə Macarıstanın Budapeş şəhərində keçirilən Dünya çempionatında gümüş medal qazanmışdır.

Sonra idmançımız Cəbrayıl Həsənov öz ürək sözlərini gənclərlə bölüşdü və tələbə gənclərin suallarını cavablandırdı.

Yekunda xatirə şəkli çəkildi.
Oxunub 1340
  • 8-11-2018, 17:31
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2940
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac