Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

  • 17-10-2018, 18:58 
Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhinə rəsmi Bakı reaksiya verib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən xeberdar.info-a bildirilib ki, Rusiya tərəfinin "münaqişənin bütün tərəfləri" ifadəsini işlətməsi təəccüb doğurur.

Qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN münaqişənin iki tərəfi olduğunu (Ermənistan və Azərbaycan) yaxşı bilir.

"ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub.

Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır"-deyə bildirilib.

Xatırladaq ki, Rusiya XİN-dən Trend-ə verilən məlumata görə, Qarabağla bağlı aksiyanın təşkilatçıları onlara müraciət etməyiblər:

"Ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir. Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir".
Oxunub 1500
  • 17-10-2018, 18:58
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1620
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1540
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 3020
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac