Son xəbər

Bağça müdiri barəsində cinayət işi başlandı - Müavini həbs olundu

  • 16-10-2018, 19:20 
Bağça müdiri barəsində cinayət işi başlandı - Müavini həbs olundu


Azərbaycanda bağça müdiri, müdirin müavini və bağçanın işçisi barəsində cinayət işi başlanılıb.

xeberdar.info xəbər verir ki, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin şəxslərdən - Aləmzar Əliyeva barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məlumata görə, T.Bağırova və müdir müavini A. Əliyeva "Şamaxinka" adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib.

Cinayət işində 19 zərərçəkmiş var.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin hazırlıq iclası hakim Novruz Kərimovun sədrliyi ilə oktyabrın 22-də başlayacaq.
Oxunub 1160
  • 16-10-2018, 19:20
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2920
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac