Azərbaycanda ölüm faktı baş verən ÖZƏL klinikadan açıqlama

  • 5-10-2018, 18:23 
Azərbaycanda ölüm faktı baş verən ÖZƏL klinikadan açıqlama


Bakıda fəaliyyət göstərən "Elmed" Klinikası müalicə alan xəstənin dünyasını dəyişməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

xeberdar.info xəbər verir ki, klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı Trend-ə açıqlamasında bildirib ki, hadisə xəstənin qəfil halının pisləşməsi nəticəsində baş verib: "Xəstə Əliyev Himayil Əli oğlu oktyabrın 4-də xəstəxanaya daxil olub və saat 13:30-da əməliyyata götürülüb. 14:00-da əməliyyat normal başa çatıb və əməliyyatdan sonra o, ailə üzvləri ilə danışıb. Həmin vaxt xəstənin vəziyyəti qənaətbəxş olub, şikayəti olmayıb".

Y.Osmanlı bildirib ki, palataya yerləşdirilən xəstənin halı axşam saatlarında qəfil pisləşib: "Saat təxminən 21:00 radələrində Himayil Əliyevin səhhəti qəfil pisləşib. Klinikanın həkim briqadası çağırışa gəlsə də, həkim müdaxilə edənə qədər xəstə keçinib. Burada həkim məsuliyyətsizliyi və ya səhlənkarlığı ola bilməz".

Y.Osmanlı qeyd edib ki, ilkin ehtimal kimi ölümə səbəb infarkt və trombemboliya göstərilir.

Xatırladaq ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb. H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.
Oxunub 1500
  • 5-10-2018, 18:23
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1620
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1540
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 3020
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac