Son xəbər

"Azərbaycanda əhalinin maaşı 15 faizə yaxın..." - EKSPERTDƏN XOŞ PROQNOZ

  • 4-10-2018, 15:31 
"Azərbaycanda əhalinin maaşı 15 faizə yaxın..." - EKSPERTDƏN XOŞ PROQNOZ


maaşların artırılmasına zəmin yaradan əsas səbəblərdən biri kimi neftin qiymətinin bahalaşmasını göstərib: "Azərbaycan neftinin dünya bazarında qiyməti yüksəkdir. Hazırda Azərbaycanın "Azerilight" markalı neftinin 1 barelinin qiyməti 87 dollardan baha qiymətə satılır".

Ekspert digər səbəb kimi inflyasiyanı qeyd edib: "Digər tərəfdən ölkədə inflyasiya tənzimlənib. Azərbaycan Mərkəzi Bankının rəsmi statistika məlumatına görə, Azərbaycanda inflyasiya 3 faizdən aşağıdır. Deməli əhalinin əmək haqlarını artırmaq mümkündür".

O, diqqətə çatdırıb ki, Azərbaycanda maaşların artması dövlət büdcəsinə daxilolmalarla birbaşa bağlıdır: " Dövlət büdcəsinə nə qədər çox vəsait daxil olarsa, bu, əmək haqlarının artırılması üçün zəmin formalaşdırır. Eyni zamanda əmək haqları artırılarkən təbii ki, maaşların optimal artırılması çox vacibdir. Çünki maaşlarım kəskin artırılması inflyasiya yaratma təsirinə malikdir".

V. Bayramovun sözlərinə görə, həm dövlət büdcəsinə daxilolmalarda artım var, həm də bütövlükdə dövlət gəlirləri artır: "Belə ki, ölkəyə valyutaların daxil olmasının şahidi oluruq. Bu da öz növbəsində sosial istiqamətə daha çox vəsaitlərin ayrılmasını və maaşların artırılmasını mümkün edir".

Ekspert vurğulayıb ki, əmək haqlarının artırılması məsələsi Maliyyə Nazirliyi tərəfindən hazırlanır və təqdim olunur: "Sözsüz ki, əmək haqlarının artırılması ilə bağlı yekun qərarı dövlət başçısı verir. Amma ilkin olaraq hansı kateqoriyalı əhalinin maaşlarının nə qədər artırılacağına Maliyyə Nazirliyi qərar verir və bu işə görə məsul qurumdur".

O hesab edir ki, bütün bunlarla yanaşı, mövcud dövlət gəlirləri fonunda əmək haqlarını yüksəltmək olar: "Real dövlət gəlirlərinin, valyuta daxilolmalarının artmasını nəzərə alsaq, büdcədən maliyyələşən işçilərin maaşlarının orta hesabla 15 faizə yaxın artırılması mümkündür. Bunun üçün maliyyə bazası var".

Həmsöhbətimin fikrincə, eyni zamanda bunun sektorlar üzrə mərhələli şəkildə edilməsinə ehtiyac var: "Belə ki, inflyasiya yaradıcı təsirləri aradan qaldırmaq lazımdır. Bütövlükdə Azərbaycanda maaşların daha da artırılması üçün maliyyə bazası mövcuddur".
Oxunub 1500
  • 4-10-2018, 15:31
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 2420
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 2160
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 3820
23-06-2018
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac