Azərbaycanda elektromobil istehsal olunacaq

  • 3-10-2018, 16:35 
Azərbaycanda elektromobil istehsal olunacaq


Naxçıvanda elektromobil avtomobillər istehsal ediləcək. Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

xeberdar.info-ın məlumatına görə, Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev AZƏRTAC-a bildirib ki, bundan əlavə olaraq "LİFAN minivenlər"inin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq "LİFAN" markalı 4 model avtomobil istehsal olunub və "NAZ-LİFAN" brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

Naxçıvan Avtomobil Zavodunun direktoru qeyd edib ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan "NAZ-LİFAN 820" və "NAZ-LİFAN 330" modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan "NAZ-LİFAN 620" modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş "NAZ-LİFAN 650" ("NAZ-LİFAN 620-II") modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən "NAZ-LİFAN X60" modeli istehsal olunur.

Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin respublikamızda istehsal olunması da planlaşdırılır.
Oxunub 1740
  • 3-10-2018, 16:35
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1620
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1540
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 3020
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac