Son xəbər

Deputat: "Hökuməti arxayın oturmağa qoymamalıyıq"

  • 24-09-2018, 16:16 
Deputat: "Hökuməti arxayın oturmağa qoymamalıyıq"



"Cənab Prezidentin tapşırığı ilə 10 minlərlə iş yeri açılır. Ancaq digər tərəfdən vətəndaş iş tapa bilmir. Vətəndaşın iş tapması ilə bağlı xeyli problemlər var. Nazirlə deputatın fərqi ondadır ki, deputat insanları narahat edən hər bir məsələni qaldıra bilər. Biz daim bu məsələni qabartmalıyıq. Bunu etməklə hökuməti də arxayın oturmağa qoymamalıyıq".

xeberdar.info-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Deputat bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi və prezidentin tapşırığı ilə qurumda çox ciddi islahatlar aparılır.

"Korrupsiya, süründürməçilik hallarının sayı azaldılır. Ancaq bununla yanaşı, problemlər də çoxdur".

Deputat həmçinin qeyd edib ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun zamanında olan əlilliyin təyin edilməsi üçün həkimlərin əyani ekspertizası ləğv olunub.

"Bu, çox böyük bir səhv idi. Yalnız bir diaqnoz əsasında qərar vermək mümkün deyil. Biz Almaniyanın təcrübəsini götütürük. Amma Almaniyanın sistemi bizdə tətbiq olunmayıb axı. Bu məsələyə növbəti iclaslarda yenidən qayıdacağam".

Oxunub 1800
  • 24-09-2018, 16:16
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2940
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac