Son xəbər

Narkotiklər xaricdən Azərbaycanın 5 rayonuna gətirilir - RƏSMİ

  • 25-06-2018, 14:36 
"Azərbaycana gətirilən narkotik vasitələrin 90 faizi Əfqanıstan mənşəlidir".

xeberdar.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

O bildirib ki, Azərbaycanın 5 cənub rayonu- Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən Əfqanıstan mənşəli narkotiklər daxil olur: "Daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır. Narkotranzitlə daxil olan narkotik marşutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır".

Ə.Həsənov qeyd edib ki, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb: "Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər.

Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayanlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir".


Narkotiklər xaricdən Azərbaycanın 5 rayonuna gətirilir - RƏSMİ
Oxunub 2680
  • 25-06-2018, 14:36
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2920
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac