Son xəbər

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

  • 23-06-2018, 22:25 
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nazirlikdən xeberdar.info -a verilən məlumata görə iyunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 17 tona yaxın 36 min ədəddən çox xaş-xaş və çətənə kolları məhv edilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 125 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 295 qram marixuana aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Bahadur Mikayılovdan isə 475 qram marixuana aşkar edilib.

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları Qara Siyəzən kənd sakini, əvvəllər məhkum olunmuş Bədəl Nəzərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 87 ədəd çətənə kolu və 400 qram marixuana, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliyasər Umarovun həyətyanı sahədən 18 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər.

Həmçinin Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Mənəşli kəndi ərazisində çəkisi 1,3 ton olan 3787 ədəd, Tovuz RPŞ-nin əməkdaşları Dönük Qırıqlı kəndi ərazisində çəkisi 1,3 ton olan 3712 ədəd yabanı halda bitmiş çətənə, Yardımlı RPŞ-nin əməkdaşları isə Alar kəndi ərazisində çəkisi 14 tona yaxın 28540 ədəd xaş-xaş kollarını məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Azərbaycanda 17 ton xaş-xaş məhv edilib
Oxunub 2920
  • 23-06-2018, 22:25
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2940
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac