Son xəbər

Astarada “26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirildir.

  • 22-06-2018, 18:11 
22 iyun 2018-ci il tarixdə Astara Gənclər evində Astara Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə 26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş “Mən sağlam həyat tərzini seçirəm” mövzusunda maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Pedaqoji Kollecin tələbə və müəllim heyyəti, İnzibati Ərazi Dairəsi üzrə gənclər və valideynlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açıq elan edən Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bildirmişdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, həmin problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.Bununla bağlı mütəmadi olaraq qəbul olunan Qanunlar və Dövlət Proqramlarına əsasən əsaslı işlər görülməkdədir.

Daha sonra mövzu ilə bağlı geniş məruzə edən Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı 26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Gününün tarixi, bu sahədə dövlət orqanları ilə yanaşı, QHT-lər , ictimai təşkilatların da fəallığı, Astara rayon Gənclər və İdman İdarəsinin bu sahədə həyata keçirdiyi tədbirlər haqqında məlumat vermişdir.

Çıxış edənlər Rayon İcra Hakimiyyətinin məsul işçisi Fikrət Talıbov, Rayon Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənullayev, gənclər, valideynlər narkomaniyanın yaratdığı problemləri sadalamış, gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar.

Tədbirdə iştrakçılara Gənclər və İdman İdarəsinin hazırladığı maarifləndirici bukletlər paylanılmışdır.

Sonda Astara rayon Gənclər və İdman İdarəsinin nəzdində yaradılmış “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Kompyuter texnologiyası və internetin əsasları” kursunu müvəffəqiyyətlə bitirən bir qrup gənc İdarənin və Klubun birgə təsis etdiyi şəhadətnamə ilə təltif olunmuşlar.



Astarada “26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirildir.
Oxunub 3140
  • 22-06-2018, 18:11
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2940
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac