Ordumuz İrəvanın ŞOK PLANINI ALT-ÜST ETDİ: Laçın yolu nəzarətə keçdi və...

  • 21-06-2018, 20:15 
Günnüt kəndinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu əməliyyat ordumuza Laçın yoluna nəzarət etmək imkanı da verib.

Müdafiə naziri Zakir Həsənov "Ordumuz tərəfindən keçirilmiş əhəmiyyətli əməliyyat taktikidir. Onun nəticələri ilə razıyam, əsasən biz Laçın yoluna nəzarətim əldə etdik" deyə bildirib.

Söhbət işğal altındakı ərazilərin 11 min hektar hissəsinin azad edilməsindən və döyüş xəttində strateji üstünlüyün qazanılmasından gedir.

xeberdar.info xəbər verir ki, politoloq Tofiq Abbasov Azərbaycan Ordusunun Laçın yolunu azad etməklə Ermənistanın planlarına qarşı önləyici addımlar atdığını deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişəndən sonra Nikol Paşinyan Qarabağa gəldi, bununla yanaşı, müdafiə və xarici işlər nazirini Naxçıvan cəbhəsinə göndərdi.

"Naxçıvan istiqamətində Azərbaycan əsgəri şəhid edildi. Bu, Ermənistanın təxribatının nəticəsi idi. Azərbaycan əks-əməliyyatla strateji əraziləri azad etdi və İrəvana mesaj verdi ki, "əgər siz hansısa hücum haqqında düşünürsünüzsə, önləyici zərbələr vurulacaq", - deyə politoloq bildirib.

Görünür, Ermənistanın Naxçıvan istiqamətində hansısa hücum planı mövcud olub. Azərbaycan Ordusu uğurlu əməliyyatla bu planı alt-üst etdi.


Ordumuz İrəvanın ŞOK PLANINI ALT-ÜST ETDİ: Laçın yolu nəzarətə keçdi və...
Oxunub 1960
  • 21-06-2018, 20:15
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1920
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1800
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 3340
23-06-2018
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac