Son xəbər

Bu il texnoloji lider şirkətin adı məlum olub - REYTİNQ

  • 10-06-2018, 00:40 
Forbes 2018-ci ilin "Global 2000" ən böyük texnoloji şirkətlərinin reytinqini tərtib edib.

xeberdar.info xəbər verir ki, bu il 10 ən böyük texnoloji şirkətdən 7-si ABŞ məxsusdur. Ötən il bu rəqəm 8 idi. Siyahının lideri ötən il olduğu kimi bu ildə "Apple"dı Bu şirkətin gəlirləri 247.5 milyard dollar, mənfəəti isə 52 milyard dollar təşkil edir. Bundan başqa Applenin aktivləri 367.5 milyard dollar təşkil edib ki, bu da şirkətə 927 milyard capital əldə etməklə onu birinci edib.

Ümumilikdə "Forbes Global 2000"-in siyahısında 18 ölkədən 130 şirkət adı yer alıb. Siyahıda Asiya 59, ABŞ isə 54 nəhəng şirkətlə təmsil olunub.

ABŞ təmsil edən şirkətlərdən ilk onluğa Apple, Microsoft, Alphabet (Google), Intel, IBM, Facebook, Oracle daxil olub. Lakin bütün bunlara baxmayraq Cənubi Koreya şirkəti digər ABŞ şirkətlərini geridə qoyaraq "gümüş medalı" qazana bilib. Samsungun illik gəlirləri 225 milyard dollar təşkil edib. Xalis mənfəət 41 milyard dollar olub. Samsungun aktivləri isə 293 milyard dollar olub ki, buda Samsunga kapitalını 326 milyard dollar etməyə imkan verib.

Bu il ən varlı texnoloji şirkətlərin top onluğuna Çinin Tencent və Hon Hai Precision Industry şirkətləri də daxil olmağı bacarıblar.

Siyahıda ilk dəfə adı yer alan isə Spotify olub. Şirkət bu ilin aprelində dünya birjalarına çıxmağı bacarıb. Spotify musiqi striminq xidməti göstərir. 108-ci pillədə yer alan şirkətin kapitalı isə 27 milyard dollar təşkil edir.

Forbes Global 2000 reytinqi şirkətlərin gəlir, mənfəət, aktivləri, kapitalı və digər maliyyət göstəricilərinə görə hazırlanır. 2018-c ildə bu reytinqə 60 ölkədən bir çox şirkətlərin adları salınıb. Lakin siyahıda yalnız ən qabaqcıl təmsilçilər yer alıb. 60 şirkətin ümumi məcmu dövriyyəsi 39.1 trillion dollar, gəlirləri 3.2 trillion dollar, ümumi aktivləri 189 trillion dollar, məcmu kapitalı isə 56.8 trillion dollar təşkil edib.



Bu il texnoloji lider şirkətin adı məlum olub - REYTİNQ
Oxunub 2860
  • 10-06-2018, 00:40
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1580
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1520
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 2940
23-06-2018
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac