Ağır yol qəzasının görüntüləri yayıldı: 1 ölü, 4 yaralı

  • 30-08-2016, 08:07 
Ağır yol qəzasının görüntüləri yayıldı: 1 ölü, 4 yaralı





Lənkəran rayonunda bir nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnmiş ağır yol qəzasının görüntüləri yayılıb.

Toydan qayıdan minik avtomobili qəzaya düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yol-qəza hadisəsi Ələt-Astara magistralının 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib. Lerik rayonunun Piran kənd sakini Əlimərdan Məmmədovun idarə etdiyi VAZ -2107 markalı minik avtomobili ilə Bakının Qaradağ rayon sakini, 32-yaşlı İlham Dəmirovun idarə etdiyi KAMAZ markalı, bitum daşıyan avtosisternlə toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Toqquşma nəticəsində 5 nəfər, Lerik rayon sakiniləri VAZ-2107 markalı avtomobilin sürücüsü 51 yaşlı Əlimərdan Məmmədov, sərnişinlər Həqiqət Quliyeva, Vilayət Hüseynova, Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər sürücü Əlimərdan Məmmədovu əməliyyat etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, qəzaya düşən minik avtomobilinin sürücü və sərnişinləri gecə toy məclisindən çıxaraq evlərinə gedirlərmiş.
Oxunub 7460
  • 30-08-2016, 08:07
Fikirlər

TƏDBİRLƏR

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Tələbə Gənclər Təşkilatının IV Konfransı

Просмотров 1920
26-10-2018
Gənclik xəbərləri

Gənclik xəbərləri

Просмотров 1800
26-10-2018
Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Azərbaycanda 17 ton xaş-xaş məhv edilib

Просмотров 3340
23-06-2018
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Sayğac